"Intel Security"nin Azərbaycan üzrə direktoru: "Smartfon" istifadəçiləri üçün təhlükələr artır"

"Intel Security"nin Azərbaycan üzrə direktoru: "Smartfon" istifadəçiləri üçün təhlükələr artır"
# 17 iyun 2016 10:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Intel Security" smartfonlara yüklənən proqramlardakı virusların sayının artdığını bildirir.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin Türkiyə və Azərbaycan üzrə direktoru İlkem Özar bildirib.

Onun sözlərinə görə, "Intel Security" yalnız iyun ayında müxtəlif proqramların 5000-dən çox versiyasında virus aşkarlayıb.

"Virus bir dəfə müəyyən edildikdən sonra mobil təhlükəsizlik texnologiyası vasitəsilə onun qarşısı alınır. Bu texnologiya mobil proqramların təhlükəsiz mənbələrdən yüklənməsini, interfeysində reklam olan proqramlardan istifadə etməməyi, telefonlardakı yükləmələri dayandırmamağı tövsiyə edir. Ən əsası, smartfonun əməliyyat sistemini və proqramları daim yeniləmək vacibdir", - deyə İ. Özar vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR