Batumidə Türkiyənin iş adamları ilə görüş keçirilib

Batumidə Türkiyənin  iş adamları ilə görüş keçirilib
# 10 mart 2016 00:06 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Martın 9-da Batumi şəhərində Türkiyənin və Gürcüstanın baş konsulluğunun təşəbbüsü ilə keçirilən görüşdə türk iş adamları Gürcüstanın qəbul etdiyi vergi qanunvericiliyi ilə tanış olublar.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş iştirakçıları ölkənin vergi sahəsində çalışan rəhbər şəxslərinin çıxışlarını dinləyərək qanunvericilik, kiçik biznes ilə bağlı gömrük qaydaları və biznesin inkişafı üçün digər vacib məsələlər barədə ətraflı məlumat əldə ediblər.

Tədbirdə Gürcüstan Gəlir Xidmətinin rəis müavini Vaxtanq Laşkaradze, gömrük departamentinin müdiri Vladimir Xundadze, xidmət şobəsinin rəisi Giorgi Bubuteişvili çıxış edərək türk iş adamlarını maraqlandıran sualları cavablandırıblar.

Tədbirdə Türkiyənin Gürcüstandakı baş konsulu Yasin Temiskani, Gürcüstandakı ticarət attaşesi Mikayıl Deverlioglu, Türkiyənin gömrük attaşesi Özəayi Kutlu və Türkiyə biznes dairəsinin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR