Bakının daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının daha bir mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 01 fevral 2016 09:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Fevral ayının 2-dən etibarən Bakının İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Niyazi küçəsi ilə kəsişməsinədək olan hissəsi təmirə bağlanır.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, küçənin qeyd edilən hissəsində asfalt örtüyü dəyişdiriləcək.

Küçədə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət fevralın ortasınadək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR