Şamaxıda və Göygöldə 3 otaqlı ev yanıb

Şamaxıda və Göygöldə  3 otaqlı ev yanıb
# 10 oktyabr 2015 21:58 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında Şamaxı və Göygöldə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu Cuxuryurd kəndində (rayon mərkəzdən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 314 kv.m olan birmərtəbəli 3 otaqlı mansard tipli evdə yanğın baş verib. Nəticədə mansardın tavanı 90 kv.m sahədə və döşəməsi 40 kv.m sahədə yanıb. Mansardın qalan hissəsi və mansarda yığılmış taxta materialları yanğından mühafizə olunub.

Göygöl rayonunun Çaykənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan 3 otaq və aynabənddən ibarət birmərtəbəli kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin zirzəmisində olan 1 otaq və bitişik tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR