Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 26-da Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi «Jeep-Grand Cherokee» markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.