"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılıb

"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılıb
# 30 sentyabr 2016 16:25 (UTC +04:00)

Bakı-APA. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılıb.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamında əksini tapıb.

Azərbaycan Respublikasının Prezidentinə Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi səlahiyyəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR