Bakıda Azərbaycan-Qətər biznes forum keçirilib

Bakıda Azərbaycan-Qətər biznes forum keçirilib
# 10 may 2016 12:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakıda Azərbaycan-Qətər işgüzar görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir müavini Niyazi Səfərov Azərbaycan ilə Qətər arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini, qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan və Qətər arasında hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrup fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüşlər təşkil olunur. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. N.Səfərov Şeyx Əbdüləziz Ali Əl-Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil edilmiş bugünkü işgüzar görüşün də əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.

Tədbirdə Qətər nümayəndə heyətinə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investorlar üçün yaradılmış əlverişli şərait barədə geniş məlumat verilmişdir.

Qətər Dövlət İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin rəisi Şeyx Əbdüləziz Ali Əl-Tanini iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın iqtisadi uğurlarının qətərli iş adamları tərəfindən də yüksək qiymətləndirildiyini, hər iki ölkənin iş adamları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Hüseyn Paşayev qurumun fəaliyyətinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkın fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR