BTC-nin səhmdarı II rübdə mənfəətini 30% azaldıb

BTC-nin səhmdarı II rübdə mənfəətini 30% azaldıb
# 28 iyul 2016 14:56 (UTC +04:00)

Bakı - APA-Economics. Fransanın "Total" şirkəti cari ilin II rübündə proqnozlaşdırılandan daha az mənfəət əldə edib.

"APA-Economics" xəbər verir ki, Fransa nəhəngi hesabat dövrünü 2,2 mlrd. dollarlıq mənfəətlə başa vurub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% azdır.

Şirkətin baş icraçı direktoru Patrik Puyan (Patrick Pouyanne) bildirib ki, hazırda xərclərin azaldılması istiqamətində işlər davam edir.

Qeyd edək ki, "Total" Xəzərin Azərbaycan akvatoriyasında yerləşən "Abşeron" qaz yatağının işlənməsi üzrə layihədə 40%-lik səhmə sahibdir, eyni zamanda layihənin operatorudur. Bundan başqa, şirkət Bakı-Tbilisi-Ceyhan layihəsində 5%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR