Vaan Martirosyan: "Məqsədim dünya ictimaiyyətinin, erməni diasporunun diqqətini Sarkisyanın cinayətkar rejiminə çəkməkdir" - FOTOSESSİYA - YENİLƏNİB

Vaan Martirosyan: "Məqsədim dünya ictimaiyyətinin, erməni diasporunun diqqətini Sarkisyanın cinayətkar rejiminə çəkməkdir" - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB
# 18 sentyabr 2015 09:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Mənim məqsədim Azərbaycan mediasının gözü ilə dünya ictimaiyyətinin, erməni diasporunun diqqətini Sarkisyanın cinayətkar rejiminə çəkməkdir".

APA-nın məlumatına görə, bunu Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistanda Azərbaycan haqqında saxta düşmənçilik görüntüsü yaradılır: "Azərbaycandan sığınacaq istəməklə bağlı müraciətimdən sonra Azərbaycanda məni dostcasına, qonaqpərvərliklə qəbul etdilər".

O, Ermənistanda təqiblərə və təzyiqlərə məruz qalmasından da danışıb: "Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağım olub. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sarkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağımızı itirdi. Anama təzyiqlələr başladı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı”.

Hüquq müdafiəçisi Ermənistanda müxalifətin olmadığını da deyib: "Ermənistanda 5 minə yaxın insan elektrik enerjisi qiymətinin qalxmasına etiraz olaraq Baqramyan prospektini bağladı, bir müddət orda qaldı. Onların çoxunu tanıyıram, heç bir yerdə işləmirdilər. İndi bahalı maşınlar alıblar. Bahalı restoranlara gedirlər. Bizdə müxalifət yoxdur. Sonuncu müxalifət 2008-ci ilin martında özünü göstərdi, qalanı cib müxalifətidir".

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR