Almaniya XİN: İrana qarşı sanksiyalar artıq yanvarda aradan qaldırıla bilər

Almaniya XİN: İrana qarşı sanksiyalar artıq yanvarda aradan qaldırıla bilər
# 05 yanvar 2016 02:36 (UTC +04:00)

Bakı-APA. Almaniya İrana qarşı sanksiyaların tezliklə aradan qaldırılmasını istisna etmir.

APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya XİN-in nümayəndəsi bildirib.

“Rəsmi Tehran nüvə razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirsə, beynəlxalq sanksiyalar artıq yanvarda aradan qaldırıla bilər. Artıq bu tarix yaxınlaşmaqdadır”, deyə Almaniya XİN nümayəndəsi vurğulayıb.

Bununla belə, Almaniyanın Sənaye Ticarət Palataları İttifaqının (DIHK) rəhbəri Folker Trayer bildirib ki, İranla Səudiyyə Ərəbistanı arasında baş verən son qalmaqal rəsmi Tehrana qarşı sanksiyaların aradan qaldırılması prosesinə əngəl törədə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR