Bakı sakinindən 24 kq narkotik götürülüb

Bakı sakinindən 24 kq narkotik götürülüb
# 22 avqust 2016 10:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinindən narkotik vasitə götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon 2-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini İlham Bədəlovdan 34,404 qram marixuana götürülüb. Onun həyətinə baxış zamanı isə kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 24 kiloqram 200 qram olan 26 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR