Bakı Slavyan Universitetində əsaslı təmir başa çatıb

Bakı Slavyan Universitetində əsaslı təmir başa çatıb
# 13 sentyabr 2016 15:40 (UTC +04:00)

Bakı-APA. Bakı Slavyan Universiteti (BSU) yeni tədris ilinə tam hazırdır.

Universitetin mətbuat xidmətindən APA-ya bildirilib ki, builki tələbə qəbulu planı 88 faizdən artıq yerinə yetirilib. Yay tətilində başlanan əsaslı təmir işləri artıq tam başa çatıb: "Bu il BSU-nun 70 illik yubileyi təntənə ilə qeyd olunacaq. Yubileyə hazırlaşmaq və yeni dərs ilini uğurla başa vurmaq üçün bu gün universitetdə artıq hər cür şərait yaradılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR