Elmar Məmmədyarov Almaniyanın Azərbaycandakı səfirini qəbul edib

Elmar Məmmədyarov Almaniyanın Azərbaycandakı səfirini qəbul edib
# 04 mart 2016 12:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA, Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempeli diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. E. Məmmədyarov Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR