Azərbaycan yığması reytinq siyahısında 5 pillə irəliləyib

Azərbaycan yığması reytinq siyahısında 5 pillə irəliləyib
# 01 oktyabr 2015 10:21 (UTC +04:00)

Bakı – APA. Bu gün milli komandaların növbəti FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması siyahıda irəliləyib.

Sonuncu dəfə sentyabrın 3-də açıqlanan cədvəllə müqayisədə bu dəfə bəzi dəyişikliklər baş verib. Bu da hesabat dövründə DÇ-2018 və AVRO-2016-nın seçmə oyunlarının keçirilməsi ilə bağlıdı.

Dəyişikliklər Azərbaycan millisinə də təsir edib. Son 4 həftədə meydana 2 matçda qüvvəsini sınayan Robert Prosineçkinin yetirmələri 37 xal qazanıb. Xorvatiya ilə evdə (0:0), Malta ilə (2:2) səfərdə əldə olunan bərabərliklər ötən ay 291 xala malik millimizin əmsalını 328-ə çatdırıb. Bu isə komandamızın 110-cu pillədən 105-ciyə yerə şərik olmasına imkan verib.

Liviya ilə eyni xala malik yığmamız son 28 gündə Mozambik, Efiopiya, Zimbabve, Kipr, Litva, Niger, Syerra-Leone və Makedoniyanı arxada qoyub. Benin, Nikaraqua, Mavritaniya və Liberiya isə daha böyük sıçrayışla millimizi də keçib.

Millimiz və “qonşuları”

101 (96). Malavi - 339

102 (100). Oman - 338

103 (90). Latviya - 335

104 (102). Kanada - 333

105 (110). AZƏRBAYCAN – 328

105 (112). Liviya - 328

107 (95). Mozambik - 327

108 (103). Efiopiya - 315

109 (108). Zimbabve - 313

110 (147). Gürcüstan - 308

FİFA reytinqinin ilk “onluğ”unda da dəyişiklik diqqət çəkir. Almaniya 2-ci pilləyə qayıdıbsa, Portuqaliya 4-cü yeri ələ keçirib. İlk “onluğ”a qayıdan İspaniya Rumıniyanı buradan çıxarıb.


İlk “onluq”

1 (1). Argentina – 1419

2 (3). Almaniya – 1401
3 (2). Belçika – 1387
4 (6). Portuqaliya – 1235

5 (4). Kolumbiya – 1228

6 (11). İspaniya - 1223
7 (5). Braziliya – 1204

8 (9). Uels - 1195

9 (8). Çili – 1177

10 (10). İngiltərə - 1161

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən Norveç və Malta irəliləyib. Şimallılar 35 pilləlik sıçrayışa nail olub. Xorvatiya, İtaliya və Bolqarıstan isə geriləyib.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

16 (14). Xorvatiya – 965
17 (16). İtaliya – 962
34 (69). Norveç - 739
78 (68). Bolqarıstan - 414
157 (160). Malta – 164

DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimiz arasında Almaniya, Çexiya, Norveç və Şimali İrlandiya irəliləyib. Yalnız San-Marino mövqeyini bir az da pisləşdirib.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

2 (3). Almaniya – 1401

15 (20). Çexiya - 983

34 (69). Norveç - 739
35 (41). Şimali İrlandiya - 724

196 (193). San-Marino - 35


Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda hesabında olan 717 xalla 9 pillə irəliləyib. “Ay-ulduzlular” bu cədvəldə 37-ci pilləyə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR