Luvr Muzeyinin departament direktoru Xalça Muzeyində olub

Luvr Muzeyinin departament direktoru Xalça Muzeyində olub
# 02 noyabr 2015 16:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Luvr Muzeyinin İslam Departamentinin direktoru Yannik Linzi Azərbaycan Xalça Muzeyində olub. Muzeydən APA-ya verilən məlumata görə, Yannik Linzinin muzeyə gəlişinin məqsədi Luvr muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir.

Sərgidə Luvr muzeyinin və Azərbaycan Xalça Muzeyinin kolleksiyasından olan Azərbaycan xalçaları sərgilənəcək.

Dünyanın bir çox muzey və şəxsi kolleksiyalarında Bakı, Təbriz, Gəncə, Qazax, Quba, Şirvan və Qarabağ ustalarının hazırladığı nadir sənət nümunələri saxlanılır.

Bu nadir sənət əsərlərinin çoxunu əcnəbi səyyah, tacir, diplomat və alimlər alıb aparıblar. Muzeydən bildiriblər ki qiymətli Luvr muzeyində 50 –yə yaxın Azərbaycan xalçası saxlanılır.

Görüşün sonunda Yannik Linziyə muzeyin direktoru Röya Tağıyevanın fransız dilində nəşr olunmuş “Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində” kitabı hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR