Ötən il 69 nəfər barəsində bəraət hökmü çıxarılıb

Ötən il 69 nəfər barəsində bəraət hökmü çıxarılıb
# 01 aprel 2016 10:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Ötən il birinci instansiya ümumi və hərbi məhkəmələri tərəfindən 13 min 270 nəfər, o cümlədən birinci instansiya ümumi məhkəmələri tərəfindən 11 min 951 nəfər, hərbi məhkəmələr tərəfindən isə 1319 nəfər məhkum edilib.

APA-nın məlumatına görə, bu barədə Ali Məhkəmənin 2015-ci il fəaliyyətinə dair məlumatında qeyd olunub. Məlumatda bildirilib ki, qeyd olunan müddətdə 69 nəfər barəsində bəraət hökmü çıxarılıb.

Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2015-ci ildə ümumi məhkum edilənlərin sayı 2014-cü ilə nisbətən 72 nəfər azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR