Vyanada Con Kerri və Məhəmməd Zərif arasında görüş olub

Vyanada Con Kerri və Məhəmməd Zərif arasında görüş olub
# 30 oktyabr 2015 22:35 (UTC +04:00)

Bakı-APA. Avstriyanın paytaxtı Vyanada ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləri Con Kerri və Məhəmməd Zərif arasında ikitərəfli görüş olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar Suriyada münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə görüş çərçivəsində baş tutub.

Oktyabrın 30-da keçirilən görüşdə Kerri və Zərif İranın nüvə proqramına dair əldə olunan razılaşmanın gerçəkləşməsi və davamlılığını müzakirə ediblər. İRNA agentliyinin məlumatına görə, cümə günü ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləri arasında daha iki görüş olub. Onların təfərrüatları barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR