İŞİD Qərbi yeni terror aktları ilə hədələyib

İŞİD Qərbi yeni terror aktları ilə hədələyib
# 22 mart 2016 20:34 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması antiterror koalisiyasında iştirak edən Qərb ölkələrini yeni və “daha dəhşətli terror aktları” törədəcəyi ilə hədələyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə SITE monitorinq qrupunun məlumatında bildirilir.

Qeyd edək ki, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. İŞİD terror qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR