ARDNF VTB-dəki payını qoruyub

ARDNF VTB-dəki payını qoruyub
# 08 fevral 2016 06:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. VTB 25 yanvar 2016-cı il tarixinə səhmdarlarının siyahısını açıqlayıb. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondu (2,95%) və Rusiyanın Dövlət Əmlakının İdarə edilməsi üzrə Federal Agentliyi (60,9%) öz paylarını qoruyublar.

Rusiyanın ixtisaslaşmış dövlət aqrar bankı olan "Rosselxozbank" ASC payını 2%-dən 2,2%-dək artırıb.

"Qatar Foundation" üçün depozitar qismində çıxış edən "Credit Suisse" payını 2,95%-dən 2,36%-dək azaldıb.

Minoritar səhmdarların ümumi payı 28,43%-dən 31,57%-dək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR