Türkiyə, Gürcüstan, Qırğızıstan və Tacikistanın mədəniyyət nazirləri Bakıda beynəlxalq forumda iştirak edəcəklər

Türkiyə, Gürcüstan, Qırğızıstan və Tacikistanın mədəniyyət nazirləri Bakıda beynəlxalq forumda iştirak edəcəklər
# 21 aprel 2016 15:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Mixail Giorqadze, Qırğızıstanın mədəniyyət və turizm naziri Altinbek Maksutov və Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekov BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, forumun açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək.

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu aprelin 25-27-də Bakıda baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR