Monitorinq: "Nar"ın 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

Monitorinq: "Nar"ın 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir
# 14 mart 2016 10:40 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ilin son rübündə mobil operatorların şəbəkə keyfiyyətinin müstəqil monitorinqinin nəticələrinə əsasən, “Nar” 4G şəbəkəsi ölkədə ən yüksək göstəriciləri nümayiş etdirib. Müasir avadanlıqlar vasitəsilə keçirilmiş testlərə əsasən, “Nar” 4G (LTE) şəbəkəsi Abşeron yarımadası və Bakı şəhərində digər mobil operatorların şəbəkələrindən daha yüksək nəticələr göstərib.

"Nar"dan "APA-Economics"ə verilən məlumata görə, cəmi 2 il ərzində şəbəkəsinin həcmini 2 dəfədən çox artırmağa nail olmuş “Nar” hazırda 2941 2G (GPRS/EDGE), 2086 ədəd 3G (HSPA) və 609 4G (LTE) stansiyası vasitəsilə abunəçilərə kəsintisiz və yüksəkkeyfiyyətli mobil rabitə və internet xidməti göstərir. Hazırda ölkədə heç bir mobil operatorun şəbəkəsi bundan yüksək göstəricilərə malik deyil.

Gücləndirilmiş və genişləndirilmiş 4G şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə artmaqda davam edir. Hazırda “Nar” 4G (LTE) şəbəkəsindən istifadə etmiş abunəçilərin ümumi son 3 ay ərzində 65% artaraq, 25000 abunəçiyə çatıb.

“Nar” öz abunəçiləri üçün mükəmməl şəbəkə və yüksəkkeyfiyyətli xidmət təmin etmək məqsədilə optimallaşdırma işlərini durmadan davam etdirir. “Nar” abunəçiləri yüksəksürətli 4G şəbəkəsindən sərfəli qiymətlərlə və əlavə hər hansı bir ödəniş etmədən yararlana bilirlər.

Mobil operatorun strateji hədəfi etibarlı və yüksəksürətli internet imkanını təkcə mobil telefonlara deyil, eləcə də evlərə və iş yerlərinə çatdırmaqdır. Artıq mobil və sabit şəbəkələrin təkmilləşdirilməsi üçün ciddi sərmayə yatırılmış və gələcəkdə bu sahəyə daha böyük məbləğdə investisiya ayrılması planlaşdırılıb.

“Nar” operatorunun şəbəkəsi haqqında əlavə məlumatı www.nar.az internet səhifəsindən öyrənə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR