"Azəryolservis" cənub bölgəsində yaranan vəziyyətlə bağlı açıqlama yayıb

"Azəryolservis" cənub bölgəsində yaranan vəziyyətlə bağlı açıqlama yayıb
# 31 oktyabr 2015 09:15 (UTC +04:00)

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, mövcud olan bütün canlı qüvvə, texnika, maşın və mexanizmlər balansda olan bütün avtomobil yollarında sel suları nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün səfərbər olunub.

Aramsız yağan yağışlar nəticəsində Lənkəranda “Azəryolservis” ASC-nin balansında olan İstisu-Havzana yolunun 5-ci kilometrliyində, Mollaoba kəndində, Veravul çayı üzərində və Diryan yolunda yerləşən körpülərin yanaşma yollarının müəyyən hissələrini sel suları yuyub. Dərhal əraziyə cəlb olunmuş canlı qüvvə və texnika vasitəsi ilə həmin hissələr bərpa olunub. Körpülərə heç bir ziyan dəyməyib. Əşlə kəndinə gedən yolda Lənkəran çayı üzərində yerləşən körpünün orta dayağında sel sularının güclü axını nəticəsində bir-neçə santimetr çökmə qeydə alınıb.

Sözügedən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətində hazırda hər-hansı bir problem yoxdur.

Lerikdə “Azəryolservis” ASC-nin balansında olan Piran-Veri və Piran-Bürsülü yollarında yerləşən su ötürücüləri sel suları nəticəsində yuyulub dağılsa da əraziyə cəlb olunan qüvvələr qısa müddət ərzində həmin istiqamətlərdə problemləri aradan qaldıraraq, nəqliyyat vasitələrinin hərəkətini bərpa ediblər. Hazırda Lerik rayonunun Vənədi yolunda və Cəlilabad rayonunun Cəlilabad-Seyidbazar avtomobil yolunun 6-cı kilometrliyində su nizamlayıcı boruların sel suları səbəbi ilə yuyularaq dağılması istiqamətində bərpa işləri həyata keçirilir.

Yaxın saatlarda həmin istiqamətlərdə də nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR