Rusiya XİN: ATƏT-in Azərbaycanda seçkilərə müşahidəçi göndərməməsi siyasi qərardır

Rusiya XİN: ATƏT-in Azərbaycanda seçkilərə müşahidəçi göndərməməsi siyasi qərardır
# 30 oktyabr 2015 14:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməməsi siyasi qərardır”.

APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin insan haqları, demokratiya və qanunun aliliyi məsələləri üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov deyib.

“Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan rəhbərliyinin xarici müşahidəçilərin sayının azaltmaq tələbinə cavab olaraq tamamilə siyasiləşdirilmiş, müşahidəçi göndərməmək barədə qərar verib”, - deyə o qeyd edib.

K. Dolqov müşahidəçilərin sayı ilə bağlı ATƏT-in təklif etdiyi rəqəmin doğrudan da çox olduğunu bildirib.

Qeyd edək ki, ATƏT DTİHB Azərbaycana 400 müşahidəçi göndərmək istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR