Gələn il Azərbaycanda ilk dəfə bütün respublika üzrə heyvanların kütləvi peyvəndlənməsi aparılacaq

Gələn il Azərbaycanda ilk dəfə bütün respublika üzrə heyvanların kütləvi peyvəndlənməsi aparılacaq
# 15 oktyabr 2015 14:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bu yaxınlarda milli heyvan xəstəlikləri ilə mübarizə proqramına başlanılacaq”.

APA-Economics” xəbər verir ki, bunu Dünya Bankının aqrobiznes üzrə baş mütəxəssisi Rufiz Çıraqzadə bildirib.

“Xüsusilə bruselyoz xəstəliyinə qarşı proqramın hazırlıq işlərinə başlanılıb. Onu da qeyd edim ki, bundan əvvəl həmin proqram pilot şəklində 4 rayonda tətbiq edilib və çox gözəl nəticələr əldə edilib”, - deyə R.Çıraqzadə bildirib.

DB-nın baş mütəxəssisinin sözlərinə görə, həmin nəzarət proqramı respublika səviyyəsində tətbiq ediləcək.

“Bütün lazımı işlər aparılıb. Mart ayında bütün respublika üzrə kütləvi olaraq ilk dəfə Azərbaycanda heyvanların peyvəndlənməsi başlanacaq. Bu nəzarət proqramı tamamilə yeni metodologiya ilə başlanacaq. Ümidvarıq ki, Azərbaycanda 1930-cu illərdən mövcud olan bu xəstəliyin aradan qaldırılmasına başlanacaq”, - deyə R.Çıraqzadə əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR