FHN Göyçayda baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Göyçayda baş vermiş yanğınla bağlı məlumat yayıb
# 28 avqust 2016 22:13 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Göyçay rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 52 m2 taxta konstruksiyalardan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları və təmirə dayanmış vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bitişik talvar və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR