Qusarda mənzilə basqın etməkdə şübhəli bilinən şəxs tutulub

Qusarda mənzilə basqın etməkdə şübhəli bilinən şəxs tutulub
# 21 dekabr 2015 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qusarda mənzilə basqın etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 17-də rayon sakini Rizvan Əfəndiyevə məxsus evdən qızıl əşyalar oğurlanması barədə verilmiş məlumatla bağlı aparılmış araşdırma zamanı naməlum şəxsin onun evinə girərək oğlu Abdulheyə zor tətbiq edib oradan 720 manat və qızıl əşyalar aparması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş şəhər sakini Anar Məhərrəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR