Azərbaycanın yanvarda təbii qaz ixracından əldə etdiyi gəlir açıqlanıb

Azərbaycanın yanvarda təbii qaz ixracından əldə etdiyi gəlir açıqlanıb
# 17 fevral 2016 14:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi bu ilin yanvar ayı üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, ötən ay gömrük bəyannamələri əsasında 17 mln. 343,83 min ABŞ dolları dəyərində 91 993,46 min kubmetr təbii qaz ixrac olunub.

Belə ki, bu, 2015-ci ilin yanvar ayı ilə müqayisədə 2,12 dəfə azdır. Məbləğ dəyərində isə bu rəqəm 45,19% azdır.

2016-ci ilin yanvar ayı ərzində 870,42 min dollar dəyərində 17 465,43 min kVt/s elektrik enerjisi ixrac edilib. Bu, 2015-ci ilin eyni ayı ilə müqayisədə 0,8% azdır. Məbləğ dəyərində isə bu rəqəm bir ildə 7,79% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR