Vahid Əhmədov: "Azərbaycanda aparılan pul-kredit siyasəti bizi narahat edir"

Vahid Əhmədov: "Azərbaycanda aparılan pul-kredit siyasəti bizi narahat edir"
# 20 may 2016 13:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Azərbaycanda aparılan pul-kredit siyasəti bizi narahat edir".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili qeyd edib ki, bank sektorunda ağır vəziyyət yaranıb: "İnsanlar əmanətlərini ala bilmir. İnsanların kredit almasında da problemlər var. Üstəlik, faiz dərəcələri yüksəkdir. Bank sistemi sağlamlaşdırılmalıdır. Bu sistemi düzəltməsək, Azərbaycan iqtisadiyyatının inkişafından söhbət gedə bilməz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR