Beynəlxalq Sığorta Şirkəti ötən ili iri mənfəətlə başa vurub

Beynəlxalq Sığorta Şirkəti ötən ili iri mənfəətlə başa vurub
# 30 mart 2016 09:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Beynəlxalq Sığorta Şirkəti 2015-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat ilində “Beynəlxalq Sığorta Şirkəti”nin sığorta haqları üzrə ümumi yığımı 11 mln. 240 min 200 manat təşkil edib ki, bunun da 11 mln. 73 min 942 manatı birbaşa sığorta üzrə, 166 min 258 manatı təkrarsığorta üzrə olub.

2015-ci ildə şirkət müştərilərinə 4 mln. 138 min 548 manat sığorta ödənişi verib. Ötən ildə xarici iqtisadi konyunkturanın mənfi təsirlərinə baxmayaraq şirkət 1 mln. 118 min 700 manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR