Qusarda avtomobil ağaca çırpılıb, ölən var

Qusarda avtomobil ağaca çırpılıb, ölən var
# 26 mart 2016 13:06 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 1969-ci il təvəllüdlü Şahbazov Mehdi Əziz oğlunun idarə etdiyi KİA markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış cəsədi çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR