Liviyada terror aktı nəticəsində ölənlərin sayı 65-ə, yaralananların isə - 100-ə çatıb - YENİLƏNİB

Liviyada terror aktı nəticəsində ölənlərin sayı 65-ə, yaralananların isə - 100-ə çatıb  - <span style="color: red;">YENİLƏNİB
# 07 yanvar 2016 19:05 (UTC +04:00)

Bakı-APA. Liviyanın Zliten hərbi təlim düşərgəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, yük maşınına yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində ölən şəxslərin arasında dinc sakinlərin də olduğu bildirilir.

Partlayış nəticəsində 100-dən çox insan yaralanıb.

Məlumata görə, terrorçuların hədəfi sahil mühafizəsi xidmətinin qərargahı olub. Şəhərdə məktəblər bağlanıb, səfərbərlik elan edilib.

**** 14.33

Bakı. Türbət Bağırova-APA. Liviyanın paytaxtı Tripolidən 160 km şərqdə yerləşən Zliten hərbi təlim düşərgəsində baş verən terror aktı nəticəsində azı 46 nəfər ölüb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, yük maşınına yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində onlarla mülki şəxs xəsarət alıb. Yaralılar qonşu Misrata şəhərindəki xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR