Abdulla Abdullayevin şikayəti əsasında məhkəmə başlayıb

 Abdulla Abdullayevin şikayəti əsasında məhkəmə başlayıb
# 30 oktyabr 2015 14:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “A.M.A.Y” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra A. Abdullayevin vəkili bir neçə vəsatət qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib.

Proses noyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, A. Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR