İranın nüvə proqramına dair saziş rəsmi olaraq qüvvəyə minir

İranın nüvə proqramına dair saziş rəsmi olaraq qüvvəyə minir
# 18 oktyabr 2015 01:33 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Vyana sazişinə əsasən, sənədin qüvvəyə mindiyi gün, BMT TŞ-nin 2231 saylı qətnaməsinin qəbulundan 90 gün sonra, 18 oktyabrına müəyyən edilib. Beləliklə, saziş və BMT TŞ-nin müvafiq qətnaməsi ilə nəzərdə tutulmuş tədbirlərin müddəti oktyabrın 18-dən etibarən hesablanmağa başlanır.

Qeyd edək ki, oktyabrın 19-da sənədin icrası ilə bağlı “altılıq” ölkələrinin və İranın birgə komissiyasının birinci iclası keçiriləcək. Sazişə əsasən, bu komissiya daimi mexanizm kimi təsdiq edilib.

İranın Nüvə enerjisi üzrə təşkilatının sədri Əli Əkbər Salehinin sözlərinə görə, saziş həmin gün İran və Aİ nümayəndələri tərəfindən ratifikasiya olunacaq. “Aİ və İran nümayəndələri bazar ertəsi Vyanada Birgə tədbirlər planını ratifikasiya etdikdən sonra Avropa İttifaqı oktyabrın 19-da rəsmi olaraq İrana qarşı iqtisadi sanksiyaların ləğv edildiyini elan edəcək”, deyə Salehi qeyd edib.

Onun sözlərinə görə, həmin gün ABŞ da İrana qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsini ləğv edəcək, digər hissəsinin isə tətbiqini dayandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR