Kuba və ABŞ arasında müntəzəm hava əlaqəsi avqustun 31-dən bərpa olunacaq

Kuba və ABŞ arasında müntəzəm hava əlaqəsi avqustun 31-dən bərpa olunacaq
# 26 avqust 2016 03:51 (UTC +04:00)

Bakı-APA. Avqustun 31-də Kuba və ABŞ arasında son 50 ildə ilk dəfə birbaşa müntəzəm aviareys həyata keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın “JetBlue” aviaşirkətinə məxsus təyyarə Florida ştatının Loderdeyla limanından Kubanın Santa-Klaru şəhərinə uçacaq. Bu barədə Kubanın nəqliyyat nazirinin müavini Eduardo Rodriqes bildirib.

“Müntəzəm uçuşların bərpası iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması işində müsbət addım və tövhə olacaq”, - deyə Rodriqes jurnalistlərə bildirib.

Qeyd edək ki, bu uçuş 1962-ci ildən bu vaxtadək Kuba və ABŞ arasında ilk müntəzəm reys olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR