Prezident Azərbaycanın NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirakına dair Sazişi təsdiqləyib

Prezident Azərbaycanın NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirakına dair Sazişi təsdiqləyib
# 02 noyabr 2015 15:11 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev "NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında" Sazişi təsdiq edib.

APA-nın məlumatına görə, Saziş Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında imzalanıb.

Qeyd edək ki, Milli Məclis "NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə" qanunu sentyabrın 30-da qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR