Novak: "Rusiyanın 20 illik neft ehtiyatı qalıb"

Novak: "Rusiyanın 20 illik neft ehtiyatı qalıb"
# 18 aprel 2016 14:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyanın 20 illik neft ehtiyatı qalıb. "APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"Ehtiyatlara gəlincə, onlar mütəmadi olaraq artır. Ötən il biz 534 milyon ton neft hasil etmişik, lakin ehtiyatlarımız 720 milyon ton artıb. Bugünkü hesablamalara görə, bizim 20 illik ehtiyatlarımız qalıb", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR