Masallıda qaz borusunda partlayış olub, xəsarət alan var

Masallıda qaz borusunda partlayış olub, xəsarət alan var
# 29 fevral 2016 09:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Masallı rayonunda qaz borusunda partlayış baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə fevralın 28-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində qeydə alınıb. Rayon sakini Həsən Abbasov kanalizasiya borusunun içərisində təmir işləri apararkən oradan keçən qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib. Yanıq xəsarəti alan H. Abbasov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR