Bakıda mağaza menecerini öldürən şəxsə hökm oxunub

Bakıda mağaza menecerini öldürən şəxsə hökm oxunub
# 10 avqust 2016 15:01 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Paşa Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Faiq Əsədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxs son söz deyərək, əməlinə görə peşman olduğunu deyib.

Prosesdə hökm oxunub. Hökmə əsasən P. Qələndərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il dekabrın 21-də Bakıda tanınmış mağazalardan birinin meneceri Vüsal Xəlilov evində 27 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı onun həyat yoldaşı və iki azyaşlı övladı da evdə olub. Cinayət onların gözü önündə törədilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Paşa Qələndərov saxlanıb.

Hadisəni törədən şəxs V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub.

Qeyd edək ki, meneceri öldürülən mağaza Bakının böyük ticarət mərkəzlərindən birində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR