Bakıda “Qatil” bədii filminin təqdimatı keçirilib

Bakıda “Qatil” bədii filminin təqdimatı keçirilib
# 21 oktyabr 2015 19:48 (UTC +04:00)

APA-nın məlumata görə, tədbirdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Heydər Əliyev Mərkəzinin rəhbəri Anar Ələkbərov, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov film haqqında məlumat verərək bildirib ki, rejissor Kamran Şahmərdanın Elçinin eyniadlı pyesi əsasında ekranlaşdırdığı film “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

M. Hətəmov son illərdə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan filmlərə beynəlxalq festivallarda olan maraqdan, kino sahəsindəki islahatlardan, gələcək perspektivlərdən danışaraq vurğulayıb ki, hazırda bir neçə ölkə ilə müştərək film layihələri barədə danışıqlar aparılır.

Filmin rejissoru Kamran Şahmərdan "Qatil" pyesi əsasında hazırladığı tamaşanın Sankt-Peterburqda maraqla qarşılandığını diqqətə çatdırıb və filmə də eyni marağın göstəriləcəyinə ümidvar olduğunu qeyd edib.

Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR