SOCAR Gürcüstanda keçirilən xeyriyyə tədbirinə dəstək verib

SOCAR Gürcüstanda keçirilən xeyriyyə tədbirinə dəstək verib
# 16 sentyabr 2015 12:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gürcüstan Filarmoniyasının böyük konsert zalında “SOCAR Energy Georgia” şirkətinin baş sponsorluğu ilə Nino Surquladze Beynəlxalq Xeyriyyə Fondunun qala-konserti keçirilib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, böyük informasiya dəstəyinə malik konsert birbaşa efirdə yayımlanıb.

Tədbirin aparıcıları “SOCAR Energy Georgia” şirkətinin Gürcüstanda xeyriyyəçiliyi və sosial layihələri dəstəklədiyini dəfələrlə vurğulayıblar. Şirkətin baş direktoru Mahir Məmmədov artıq 12 xəstə uşağın həyatını xilas etmiş Nino Surquladze fondunu böyük məmnuniyyətlə dəstəklədiklərini bildirib. Xeyriyyə konsertində tanınmış sənətçilər Nino Surquladze, Fabio Armiliato, Daniela Desi, Alberto Qadzale, Françeska Deqo, Daniel Rustioni iştirak ediblər. Bilet satışından və telefon zənglərindən əldə olunan vəsait xəstə uşaqların xaricdə müalicəsinə yönəldilib. Sənətçilər belə bir xoş məramlı tədbirdə iştirak etdikləri üçün qürur duyduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR