Azərbaycan və Qırğızıstanın opera ifaçılarının qala konsert keçirilib

Azərbaycan və Qırğızıstanın opera ifaçılarının qala konsert keçirilib
# 16 oktyabr 2015 08:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Qırğızıstan Dövlət Filarmoniyasında Azərbaycan və Qırğızıstanın opera ifaçılarının iştirakı ilə təntənəli qala konsert keçirilib.

APA-nın məlumatına görə, konsert “Kurak” Forumu və “Simfoniya Ala-Too” beynəlxalq təşkilatı tərəfindən təşkil olunub.

Tədbirdə Qırğızıstan Dövlət Simfonik Orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə çıxış edərək Avropa, qazax və qırğız bəstəkarlarının əsərləri ilə bərabər Üzeyir Hacıbəylinin “Koroğlu” operası və “Arşın mal alan” operettasından, Fikrət Əmirovun “Sevil” operasından nümunələri ifa edib.

Nailə Raxmadiyevanın rejissorluğu ilə baş tutan layihədə Azərbaycan opera ifaçılığını təmsil edən əməkdar artistlər, Akademik Opera və Balet Teatrının solistləri Fərid Əliyev (tenor) və İlahə Əfəndiyeva (soprano) Qırğızıstanın opera müğənniləri Zaira Raimbekova, Bakıt Ibıkeyev, Daniyar Musayev, Gündüz Kappiyeva, Sayan İsin və Elnura Samarbekova ilə bərabər geniş proqramla dinləyicilər qarşısında çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR