ABŞ Cənubi Sudanda girov götürülən BMT əməkdaşlarını azad etməyi tələb edib

ABŞ Cənubi Sudanda girov götürülən BMT əməkdaşlarını azad etməyi tələb edib
# 31 oktyabr 2015 00:45 (UTC +04:00)

Bakı-APA. Rəsmi Vaşinqton Cənubi Sudanda girov götürülən BMT əməkdaşlarını azad etməyi tələb edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.

“Biz girov götürülənləri dərhal azad etməyə, ələ keçirilmiş avadanlığı qaytarmağa çağırırıq. Sülhməramlılar və BMT əməkdaşlarına qarşı hücum hərbi cinayət kimi qiymətləndirilə bilər. Təhlükəsizlik Şurasının 2206 nömrəli qətnaməsinə uyğun olaraq insidentlə əlaqədar sanksiyaların tətbiqi mümkündür”, deyə C.Kirbi bildirib.

Xatırladaq ki, oktyabrın 26-da üsyançılar BMT sülhməramlıları üçün silah, yanacaq və müxtəlif ləvazimat daşıyan gəmini ələ keçiriblər. BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bildirdiyinə görə, təşkilatın 12 əməkdaşı girov götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR