Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Bakıya gəlir

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Bakıya gəlir
# 29 fevral 2016 09:26 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin sabiq birinci müavini Vyaçeslav Trubnikov Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 10-11-də Bakı şəhərində keçiriləcək “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu müzakirə olunacaq.

Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

V. Trubnikov hazırda Primakov adına Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı İnstitutunda baş elmi işçi, Rusiya Federasiyasının Siyasi Araşdırmalar Mərkəzinin Ekspert-Məşvərət Şurasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR