Azərbaycan prezidenti: “Asiya siyasi partiyaları ilə əlaqələrin genişləndirilməsinə önəm veririk”

Azərbaycan prezidenti: “Asiya siyasi partiyaları ilə əlaqələrin genişləndirilməsinə önəm veririk”
# 01 noyabr 2015 15:01 (UTC +04:00)

APA-nın məlumatına görə, J. Venesia Azərbaycana səfərdən məmnun olduqlarını bildirərək a Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini deyib.

Həmsədri olduğu təşkilatda Asiyanın 340-a qədər iqtidar və müxalifət partiyasının təmsil olunduğunu vurğulayan qonaq Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun əsasının Bakıda, Gənclər Qolunun əsasının isə Azərbaycan paytaxtında və Kuala Lumpurda qoyulmasını məmnunluqla qeyd edib: “Sizin rəhbərliyiniz və Yeni Azərbaycan Partiyası sayəsində hökumətinizlə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı arasında çox güclü, sağlam və dinamik əlaqələr mövcuddur”.

Asiyadan olan tərəfdaşlarımızla əməkdaşlığın əhəmiyyətli prioritet olduğunu vurğulayan dövlət başçısı Azərbaycanın Asiya siyasi partiyaları ilə əlaqələri genişləndirməyə önəm verdiyini qeyd edib, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının tədbirlərinin Bakıda uğurla keçirilməsindən məmnunluğunu bildirib. Dost ölkələrlə əlaqələri gücləndirməyin zəruriliyini bildirən prezident İlham Əliyev partiyalar arasında siyasi dialoqun həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq bu sahədə əməkdaşlığın genişləndirilməsinin ölkələrarası əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verəcəyini deyib.

İ. Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərinin Azərbaycana səfərinin tərəfdaşlığımızı gücləndirmək üçün yeni imkanların müəyyənləşdirilməsi baxımından fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığını bildirib. Dövlət başçısı Azərbaycanın bundan sonra da Asiyada siyasi partiyalar arasında əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli rol oynayacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR