“Bakı Marafonu 2016”nın qalibləri məlum olub - YENİLƏNİB - FOTOSESSİYA

“Bakı Marafonu 2016”nın qalibləri məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 01 may 2016 10:23 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2016”nın qalibləri məlum olub.

APA-nın məlumatına görəi, marafonda kişilər arasında birinci yerə Namiq Əsədov, ikinci yerə Gürcüstan vətəndaşı Georqi Dameniya, üçüncü yerə isə Tural Sadıxlı çıxıblar.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanından saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonda atletlər, siyasətçilər, tanınmış şəxslər, ictimaiyyət nümayəndələri və tələbələr yer alıb.

***

11.04

Bakı – APA. Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçirilir.

APA-nın məlumatına görə, tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edir. Marafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürüb. Marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq.

Qeyd edək ki, analoji marafonlar bu günədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil edilib. Marafon yarışı tam məsafədə 42 km və yarı marafon 21 km məsafədə keçirilir. İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədilə təşkil edilir. 1981-ci ildə məşhur London marafonu ən böyük xeyriyyə marafonu kimi Ginnesin “Rekkordlar kitabı”na düşüb. Hazırda dünyanın bir çox ölkələrində yalnız xeyriyyə məqsədli marafonlar da təşkil edilir.

Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək. Marafonda I yerin qalibi 3000 AZN, II yerin qalibi 2000 AZN, III yerin qalibi isə 1000 AZN mükafata sahib olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR