İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - FOTOSESSİYA

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTOSESSİYA
# 19 mart 2016 09:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi avtobusun yüklərinə rentgen qurğusu ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı həmin yüklərə daxil olan karton qutuda müxtəlif naməlum qarışıq predmetlər görünüb. Sonra həmin qutudakı əşyalar xidməti itin tətbiqi ilə təkrar yoxlanılıb.

Yoxlama nəticəsində xidməti it karton qutuda olan surətçıxarma qurğusunun katricinə reaksiya verib. Katricə baxış zamanı isə onun içərisindəki tozşəkilli boya olan boşluğundan 1 ədəd bağlamada, xalis çəkisi 315,970 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR