Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi azalıb

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi azalıb
# 25 iyul 2016 11:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. Azərbaycan Gürcüstanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. “APA-Economics” xəbər verir ki, bu barədə “The Financial” qəzeti yazır.

2016-cı ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 264,3 mln. dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% azdır.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixracın gəcmi üç dəfə azalaraq 40,7 mln. dollara, idxal isə 19,2% azalaraq 223,5 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR