Milli Qəhrəman Albert Aqarunov Həzi Aslanov ordeni ilə təltif edilib

Milli Qəhrəman Albert Aqarunov Həzi Aslanov ordeni ilə təltif edilib
# 06 may 2016 11:57 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım mərasimi keçirilib.


APA-nın məlumatına görə, ziyarətdə Dağ Yəhudiləri İcması, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının üzvləri və milli qəhrəmanın yaxınları iştirak ediblər.


Mərasim iştirakçıları qəhrəmanın məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev A. Aqarunovun həyatı və döyüş yolu barədə danışaraq bildirib ki, qəhrəman hər zaman Azərbaycanı müstəqil və azad görmək istəyirdi. O əlavə edib ki, Azərbaycanın bugünkü uğuru, sülh şəraitində yaşayışı bir çox dövlətləri qıcıqlandırır: "Ona görə də biz bu sülhü daim qorumalıyıq. Yəhudi xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb və bundan sonra da mehriban şəraitdə yaşayacaq. Azərbaycanda heç vaxt milli və dini zəmində münaqişə olmayıb və ola da bilməz".

Sonra milli qəhrəmanın qardaşı Rantik Aqarunova Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq jurnalı tərəfindən A. Aqarunova ölümündən sonra verilən Həzi Aslanov ordeni təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR