Azərbaycanda istifadəyə verilən yaşayış evlərinin sahəsi 10%-ə yaxın azalıb

Azərbaycanda istifadəyə verilən yaşayış evlərinin sahəsi 10%-ə yaxın azalıb
# 18 dekabr 2015 07:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumi sahəsi 1 634,1 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin 11 ayı ilə müqayisədə bu ilin eyni dövründə istifadəyə verilən yaşayış evlərinin sahəsi 172,3 min kvadratmetr və ya 9,54% azalıb.

Komitənin sosial-iqtisadi inkişaf bülleteninə nəzər salanda məlum olur ki, ilin əvvəli ilə müqayisədə bu sahədə artım qeydə alınıb. Belə ki, əgər yanvarda 121 160, fevralda 141 713, martda 151 663, apreldə 174 993, mayda 134 249, iyunda 146 596, iyulda 168 835 kvadratmetr, avqustda 130 314 kvadratmetr, sentyabrda 157 878 kvadratmetr, oktyabrda 163 577 kvadratmetr yaşayış sahəsi istifadəyə verilibsə, noyabrda bu göstərici 143 141 kvadratmetr olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR