Bakıda mağazada yanğın olub

Bakıda mağazada yanğın olub
# 30 noyabr 2015 19:46 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Pirallahı rayonunda sahibi məlum olmayan ümumi sahəsi 420 kv.m olan birmərtəbəli, hazırda fəaliyyət göstərməyən ərzaq mağazasının yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi və bitişik əczəxana yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR